Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə gedir

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə gedir
# 13 dekabr 2013 16:41 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 15-17 dekabr tarixlərində Brüsselə səfər edəcək. Şuranın katibliyindən APA-ya verilən xəbərə görə, səfərin məqsədi şuranın xarici QHT-lərə maliyyə yardımı çərçivəsində dəstək verdiyi “Avropa Yəhudi Birliyi” və “Ukrayna Yəhudilər Konqresi”nin “Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti” layihəsinin yekununa həsr olunan beynəlxalq konfransa qatılmaqdır.

Konfrans Avropa Yəhudi Parlamenti Baş Assambleyasının yaxından dəstəyi ilə Avropa Parlamentində təşkil olunacaq. Tədbirdə mövzuya aid qısa film nümayiş etdiriləcək və bir sıra məruzələr dinləniləcək.

Səfər çərçivəsində şuranın nümayəndə heyəti Avropa Komissiyasının Vətəndaş Cəmiyyəti və Yerli Hakimiyyət İdarəsinin rəhbəri Angelio Baglio ilə QHT sektorunun aktual məsələlərinə aid əməkdaşlıq məsələlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR