Gəncədə 28 beynəlxalq müşahidəçi səsverməni izləyir

Gəncədə 28 beynəlxalq müşahidəçi səsverməni izləyir
# 09 oktyabr 2013 06:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA, Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə və 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərdə 147 min 272 nəfərin adı seçici siyahısına salınıb. Bundan başqa, seçkiyə 3 gün qalmış hərbi hissələrdə və 1 saylı istintaq təcridxanasında yaradılan 7 məntəqə də var. Burada 7426 nəfər seçici siyahıya salınıb. Gəncədə olan məntəqələrin 40-da veb-kameralar quraşdırılıb və səsvermə prosesi canlı olaraq internetdən yayımlanır. 31 məntəqədə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi pantuslar quraşdırılıb.

Dairə seçki komissiyalarından verilən məlumata görə, şəhərdə 28 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla, 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyaları təmsil edir, 1064 nəfər isə öz təşəbbüsü ilə səsvermə prosesini izləyəcək.

Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri MDB PA-nın xətti ilə Gəncədə seçkini müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR