Müəllif Hüquqları Agentliyi: Ötən il 2306 Azərbaycan müəllifinə 57704 manat qonorar ödənilib

Müəllif Hüquqları Agentliyi: Ötən il 2306 Azərbaycan müəllifinə 57704 manat qonorar ödənilib
# 16 yanvar 2014 09:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən il ərzində Azərbaycanda 92070 manat müəllif qonorarı yığılıb, qonorar hesablanmış yerli və xarici müəlliflərin adları, soyadları, təxəllüsü və mənsub olduqları ölkələr barədə məlumatlar dəqiqləşdirilib. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, qurumun bank hesabına köçürülmüş 91100 manat müəllif qonorarının təyinatı üzrə bölgüsü aparılıb, köçürmə yolu ilə cəmi 67335 manat müəllif qonorarı ödənilib. Büdcəyə isə 13800 manat vəsait köçürülüb. Son illərdə xidmət edilən müəlliflərin sayı 2008-ci ildə 3697 idisə, 2013 –cü ildə 3190 olub. Ötən il xidmət edilən 3190 müəllifdən 2306-sı Azərbaycan, 884-ü isə xarici ölkə müəllifləridir.

2013-cü ildə Azərbaycan müəlliflərinə 57704 manat qonorar ödənilib. Müəllif qonorarının hesablanması və ödənilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan teatr-konsert müəssisələrində müvafiq iş aparılıb. Hesablanmış qonorarlar barədə 275 nəfər müəllifin müraciətlərinə baxılıb və onlara müvafiq izahatlar verilib. Azərbaycan müəlliflərinə Türkiyə ərazisində əsərlərindən istifadəyə görə agentliyin hesablaşma hesabına 1421 manat qonorar daxil olub. Həmin qonorar təyinatı üzrə bölünərək, müəlliflərin (hüquq sahiblərinin) bank hesablarına köçürülüb. Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında bağlanmış sazişin müddəalarına uyğun olaraq RCM müəlliflərinə Azərbaycan ərazisində əsərlərindən istifadəyə görə yığılmış qonorarlar hüquq sahiblərinə çatdırılmaq üçün Rusiya Müəllif Cəmiyyətinin bank hesabına 9631 manat vəsait köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR