Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Elmi-Texniki Şura yaradılıb

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Elmi-Texniki Şura yaradılıb
# 30 aprel 2014 14:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Elmi-Texniki Şurası yaradılıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, ilk iclasda şuranın qarşıda duran vəzifələri müəyyən edilib, əsasnamə və iş planı təsdiq olunub.

Qərara alınıb ki, bundan sonra mütəmadi olaraq keçirilən iclaslarda alternativ və bərpa olunan enerji mənbələrindən alınan elektrik və istilik enerjisini respublika iqtisadiyyatının müxtəlif sahələrində effektiv tətbiqinə, sosial, mədəni obyektlərin enerjiyə olan tələbatının ödənməsində daha geniş istifadəsinə və enerjidən səmərəli istifadə sahəsinə yönəlmiş təkliflər Şurada ətraflı müzakirə ediləcək.

Bundan əlavə, dünyada mövcud olan yeni texnologiyaların, qabaqcıl təcrübənin, elmi-texniki nailiyyətlərin öyrənilməsi, tədqiqatların koordinasiyası, istehsalda tətbiqi imkanları, vahid milli standartların yaradılması, normativ-hüquqi aktların hazırlanması məsələlərinə baxılacaq.

Azərbaycanda bu sahə üzrə tanınmış alim və mütəxəssislərin cəlb olunduğu Şurada ölkədə tükənməyən enerji mənbələrindən daha səmərəli istifadə edilməsi məqsədi ilə Agentliyə təqdim olunmuş bir neçə layihə müzakirəyə çıxarılıb, ətraflı fikir mübadiləsi aparılıb, müvafiq təkliflər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR