Kürdəmirdə iki maşın toqquşub, xəsarət alan var

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alan var
# 29 mart 2014 10:23 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində Bakı-Qazax yolunun 216-cı kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 90-DN-503 və 09-BC-066 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik maşınının toqquşması nəticəsində sərnişin, Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Musayeva Kifayət Əli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR