Ukraynada girov götürülən ATƏT missiyasının hərbi müşahidəçiləri azad edilib

Ukraynada girov götürülən ATƏT missiyasının hərbi müşahidəçiləri azad edilib
# 03 may 2014 13:16 (UTC +04:00)

Bakı - APA. Ukraynada girov götürülən ATƏT missiyasının hərbi müşahidəçiləri bu gün Slavyanskda Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda təhvil verilib.

APA-nın “UNİAN”a istinadən xəbərinə görə, bu barədə Avropa Şurasının mətbuat katibi Daniel Holtgen məlumat verib.

Onun sözlərinə görə, T,yaqland hərbi müşahidəçiləri Rusiyanın insan haqları üzrə sabiq müvəkkili Vladimir Lukinlə birlikdə təhvil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR