Azərbaycanın bəzi rayonlarında hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq

Azərbaycanın bəzi rayonlarında hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq
# 28 mart 2014 09:18 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam havanın tutqun olacağı ehtimalı var.

Cənub küləyi arabir güclənəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da martın 29-da axşam şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR