Azərbaycan prezidenti Fransa prezidentini təbrik edib

Azərbaycan prezidenti Fransa prezidentini təbrik edib
# 13 iyul 2013 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni əlaqələrimiz ölkələrimizin və xalqlarımızın dostluğunu nümayiş etdirən mühüm amillərdir. Regionumuzda sülhün və sabitliyin bərqərar olması prosesində Fransanın mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına isə daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR