Gəncədə tələbə polis əməkdaşına xəsarət yetirib - VİDEO

Gəncədə tələbə polis əməkdaşına xəsarət yetirib - <span style="color: red;">VİDEO
# 19 aprel 2014 09:36 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dava şəhərin Nəriman Nərimanov prospektində, 10 saylı orta məktəbin yaxınlığında baş verib.

Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşı Elçin Həsənovla Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi Xalid Aydınlı arasında şəxsi münasibətlər zəminində dava düşüb. Tələbə polisə sifət nahiyəsindən zərbələr endirərək ona xəsarətlər yetirib.

Qeyd edək ki, dava baş verən zaman polis əməkdaşı E.Həsənov mülki geyimdə olub.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Məsələ ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR