"Heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair milli seminar” keçirilir - FOTO

"Heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair milli seminar” keçirilir - <span style="color: red;">FOTO
# 13 mart 2014 09:43 (UTC +04:00)

APA-nın məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST-OİE və ya BEB) və Ümumdünya Səhiyyə Təşkilatının(ÜST-WHO) birgə təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə keçirilən seminarda beynəlxalq tibbi sanitar qaydaları və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsində ölkənin perspektivləri məsələləri müzakirə olunur.

Seminarda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi olduqca önəmli məsələdir: "Məhz bu səbəbdən əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinin hazırlanması üçün zərurət yaranıb. Dövlət Baytarlıq Xidməti səhiyyə ocaqları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təşkil edir, informasiya mübadiləsi aparır və metodik seminarlar keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı heyvan xəstəliklərinə nəzarət və onun diaqnostikası, riskin analizində beynəlxalq standartların qəbul edilib tətbiqində ən önəmli rol oynayır. Belə standartlar qəbul edilməzsə xəstəliklərinin qarşısını almaq, keyfiyyətli heyvan mənşəli məhsulların istehsal edilməsi qeyri-mümkün olar".

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə bildirib ki, baytarlıq xidməti bütün qüvvələrini səfərbər etməklə ölkədə epizootik vəziyyəti nəzarətdə saxlayır: “Buna baxmayaraq, baytarlıq xidmətində islahatlar aparmaqla struktur dəyişikliyinə və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun yeni strukturun yaradılmasına ciddi ehtiyac var".

Qeyd edək ki, iki gün davam edəcək seminarda müxtəlif ölkələrdən 50-yə yaxın nümayəndə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR