Təbrizdə bir azərbaycanlı edam edilib

Təbrizdə bir azərbaycanlı edam edilib
# 22 yanvar 2014 11:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib.

27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR