Bakıda daha bir qanunsuz mərc oyunları təşkil edən obyekt aşkarlanıb

Bakıda daha bir qanunsuz mərc oyunları təşkil edən obyekt aşkarlanıb
# 18 iyul 2013 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu Z.Xəlilov küçəsində fəaliyyət göstərən “Zenit-Bet” klubunda Bakı şəhər sakini Rafiq Əlişovun qanunsuz futbol mərc oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 1 ədəd kompüter, 2 ədəd monitor, 6835 manat dəyərindəki 86 ədəd üzərində “Zenit-Bet” yazılmış kupon qəbzlərin kötükləri, 254 manat və 100 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR