Bakıda günvurma ilə əlaqədar təcili yardım stansiyasına 11 nəfər müraciət edib

Bakıda günvurma ilə əlaqədar təcili yardım stansiyasına 11 nəfər müraciət edib
# 29 iyun 2013 09:40 (UTC +04:00)

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, bu günə kimi günvurma ilə əlaqədar stansiyaya 11 müraciət daxil olub və onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, gün vuranlardan 1-i uşaq, qalanları isə 20-45 yaş arası insanlar olub: “Amma günvurma daha çox körpə uşaqlara və ahıl insanlara mənfi təsir edir. Günvurma halları havaların istiləşməsi ilə bağlı olaraq iyunun 15-dən sonra daha da artıb. Belə ki, həmin vaxta kimi cəmi 2 nəfər günvurma ilə əlaqədar stansiyaya müraciət etmişdisə, iyunun 15-dən sonra daha 9 nəfər müraciət edib. Bununla da bu günə kimi müraciət edənlərin sayı 11 nəfərə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR