İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşı azadlığa buraxılıb - FOTO

İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşı azadlığa buraxılıb - <span style="color: red;">FOTO
# 15 iyul 2013 09:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşı Bağır Əsədi azadlığa buraxılıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə onun vəkili Huşəng Purbabayi açıqlama verib.

Onun sözlərinə görə, müvəkkili zəmanətlə sərbəst buraxılıb. Ancaq vəkil zəmanətin məbləğini açıqlamayıb.

Qeyd edək ki, iranlı diplomat bu ilin martında Tehranda həbs olunub. Nüfuzlu islahatçı siyasətçilərdən biri olan B.Əsədinin həbsinin səbəbləri və nədə ittiham olunduğu açıqlanmayıb. Diplomatın tutulmazdan öncə Tehranda “D-8” qrupunun katibi vəzifəsində işlədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR