Azərbaycanda “Gömrük tarifi haqqında” qanun qəbul edilib

Azərbaycanda “Gömrük tarifi haqqında” qanun qəbul edilib
# 13 iyun 2013 10:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən yeni hazırlanmış “Gömrük tarifi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Komitə sədri deyib ki, sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdan ibarətdir.

Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub. Daha sonra layihənin üçüncü oxunuşa birbaşa hazır olduğu bildirilib və üçüncü oxunuşda da qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR