Samux rayonunda ər arvadını bıçaqlayıb - VİDEO

Samux rayonunda ər arvadını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2013 08:56 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Yenikənd kənd sakini, 1959-cu il təvəllüdlü Fazil Hüseynov həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aybəniz Hüseynovanı bıçaqlayıb. A. Hüseynova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ailədaxili münaqişə zəmində baş verib. Hadisəni törədən Fazil Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR