Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
# 14 aprel 2014 13:55 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9% bahalaşma müşahidə olunub.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5% ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3% ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR