Azərbaycan italiyalı iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan italiyalı iş adamını beynəlxalq axtarışa verib
# 16 dekabr 2013 08:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, İtaliya vətəndaşı, 38 yaşlı Di Ciokomo Marko (Di Giocomo Marco) vergidən yayınmaqda ittiham olunur.

Azərbaycan məhkəməsi onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Di Ciokomo Marko Azərbaycanda yolların çəkilişini həyata keçirilən şirkətlərdən birinin nümayəndəsidir.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan bir çox əcnəbi iş adamını beynəlxalq axtarışa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR