“Bank Standard” müştəriləri maaş kartlarına pul əlavə etmək imkanı qazanıb

“Bank Standard” müştəriləri maaş kartlarına pul əlavə etmək imkanı qazanıb
# 01 iyul 2014 07:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Müştərilər “Bank Standard”ın yeni xidməti ilə maaş kartlarına özləri pul mədaxil edə biləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, karta pulu “MilliÖn” terminalları vasitəsilə və ya bankın istənilən filialına yaxınlaşaraq daxil etmək mümkündür.

Xidmət üçün komissiya haqqı 0,5% (minimum 1 ş.v.) təşkil edir.

Maaş kartına pul əlavə etmək, ödəniş kartlarının geniş imkanlarından yararlanmağa şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR