“Qarabağ gündəliyi”nin 9-cu sayı nəşr olunub

“Qarabağ gündəliyi”nin 9-cu sayı nəşr olunub
# 15 iyul 2013 11:23 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Qarabağ gündəliyi” kitabının 9-cu sayı nəşr olunub. Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qurumun nəşri olan kitabda Qarabağ ətrafında son yarım il ərzində baş verən hadisələr, həyata keçirilən tədbirlər və aksiyalar əks olunub.

Buraxılışda son vaxtlarda baş verən bir sıra hadisələr, o cümlədən Almaniya, Fransa, Rumıniya parlamentlərinin üzvlərinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış etmələri, ABŞ-ın 9 ştatında Xocalı soyqırımı ilə bağlı qətnamə və qərarların qəbul edilməsi, İran rəhbərliyinin, o cümlədən Təbriz və Ərdəbilin dini rəhbərlərinin Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə edən açıqlamalar verməsi, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın güclənməsi, moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanı ifşa edən bəyanatla çıxış etməsi, Azərbaycan prezidentinin Qarabağ məsələsinin hərbi yola həllinə dair daha konkret və qətiyyətli mövqe sərgiləməsi, Azərbaycanın hərbi gücünün artması və möhtəşəm hərbi paradın keçirilməsi də əksini tapıb.

Kitab pulsuz olaraq dövlət orqanları, universitetlər, kitabxanalar, ictimai qurumlar və digər ünvanlara göndərilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR