Samuxda Aqroenerji yaşayış kompleksinin tikintisinə başlanılır

Samuxda Aqroenerji yaşayış kompleksinin tikintisinə başlanılır
# 17 aprel 2014 06:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkənin ərazisindəki tükənməyən enerji mənbələrindən daha səmərəli istifadə edilməsi məqsədi ilə Samux rayonunda Aqroenerji yaşayış kompleksinin başlayıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, kompleksdə 5 MVt gücündə günəş, 5 MVt gücündə külək elektrik, 2 MVt gücündə geotermal stansiyaların, 2 MVt gücündə bioqaz qurğusunun inşası nəzərdə tutulur.

Layihə çərçivəsində ilkin mərhələdə 300 ailənin məskunlaşması və işlə təmin olunması üçün binalar, sosial obyektlərlə birlikdə heyvandarlıq, quşçuluq, bitkiçilik, istixana, emal müəssisələri, suvarma sistemləri də tikiləcək. Kompleksdə bütün elektrik və istilik enerjisi təminatı ekoloji cəhətdən təmiz, tullantısız, avtonom alternativ mənbələr hesabına formalaşacaq.

Kompleksin inşasında dövlət büdcəsindən ayrılmış vəsaitlə birlikdə sahibkarlar tərəfindən də sərmayələr qoyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR