Sevinc Həsənova: «Azərbaycanın qeyri-neft məhsullarının Avropa bazarlarına çıxarılmasına imkan yaradılacaq»

Sevinc Həsənova: «Azərbaycanın qeyri-neft məhsullarının Avropa bazarlarına çıxarılmasına imkan yaradılacaq»
# 11 sentyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan milli iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu məsələ «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiyasında da əksini tapıb.


«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən I Avropa-Azərbaycan İnvestisiya Konfransında jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib: «Bu sahənin inkişaf etdirilməsi üçün Avropa bazarı bizim üçün çox önəmlidir».


Nazir müavini bildirib ki, Azərbaycanın əsas prinsipləri bundan ibarətdir: «Avropa bazarı bizə imkan verəcək ki, Azərbaycanın qeyri-neft sektoru diversifikasiya olunsun və Avropada yeni-yeni bazarlar qazanılsın. Bu strategiya Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasına imkan və şərait yaradacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR