Pan Qi Mun: I Ümumdünya Humanitar Forumu 2016-cı ildə İstanbulda keçiriləcək

Pan Qi Mun: I Ümumdünya Humanitar Forumu 2016-cı ildə İstanbulda keçiriləcək
# 27 sentyabr 2013 03:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə BMT baş katibi Pan Qi Mun bəyan edib. “Hər şeyi diqqətlə götür-qoy etdikdən sonra, mən sammitin İstanbulda keçirilməsi ilə bağlı Türkiyənin təklifini qəbul etməyə qərar verdim”, deyə o bildirib. Baş katibin sözlərinə görə, o artıq BMT-nin humanitar məsələlər üzrə idarəsinə regional məsləhətləşmələrin və sammitə hazırlıq işlərinin aparılmasını tapşırıb.

Onun sözlərinə görə, Ümumdünya Humanitar Forumu yeganə tədbir yox, “gələn il məsləhətləşmələrdən başlayacaq və illər boyu davam edəcək prosesin” bir hissəsi olacaq. Bu məsləhətləşmələrdə dövlətlər və təşkilatlar humanitar fəaliyyətin həyata keçirilməsi və ehtiyacı olanlara yardımın göstərilməsi üçün potensialın möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər. Pan Qi Mun bildirib ki, bu prosesdə beynəlxalq ictimaiyyət humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan BMT Baş Assambleyasının 46/83 qətnaməsini rəhbər tutacaq.

Baş katib xatırladıb ki, forumun keçirilməsində ev sahibliyinə Türkiyədən başqa İsveçrə daxil olmaqla digər ölkələr də iddia edib. Pan Qi Mun Türkiyə hakimiyyətinə minnətdarlığını bildirərək, onun humanitar fəaliyyəti möhkəmləndirən prinsip və dəyərləri dəstəkləməkdə rolunu qeyd edib.

Bundan başqa BMT baş katibi qeyd edib ki, Türkiyə 2012-ci ildə yoxsulluqdan əziyyət çəkənlərə edilən yardımın əsas sponsorlarından biri olub. Bundan əlavə, ölkənin ərazisində yaradılan qaçqın düşərgələrində 450 mindən çox suriyalı qaçqın sığınacaq tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR