“Bank of Baku” hər 1 000 manata 45 manat aylıq ödənişlə yeni kredit kampaniyasına başlayır

“Bank of Baku” hər 1 000 manata 45 manat aylıq ödənişlə yeni kredit kampaniyasına başlayır
# 27 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə “Ürəyiniz istəyən nağd kredit” endirim kampaniyasına başlayır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur.

Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10 min manata qədərdir. Kreditin hər 1 000 manatı üçün əsas məbləğ, komissiya haqqı və faizlər daxil olmaqla aylıq ödəniş cəmi 45 manatdan başlayır. Eyni zamanda kampaniya şərtlərinə əsasən, müştərinin “Dostlar Klubu” kartı üzrə yığılmış bonusu olarsa, həmin bonus məbləği müştərinin ödədiyi komissiya məbləğindən çıxılacaq. Kampaniya 30 noyabr 2013-cü il tarixinə qədər davam edəcək.

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi və ya https://www.facebook.com/bankofbaku.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR