Şahin Diniyev “Rəvan” klubunun baş məşqçisi təyin edilib

Şahin Diniyev “Rəvan” klubunun baş məşqçisi təyin edilib
# 07 oktyabr 2013 14:27 (UTC +04:00)

Bakı – APA. “Rəvan” klubunun baş məşqçisinin kimliyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev paytaxt təmsilçisinin “sükanı arxasına” keçib.

Artıq onunla müqavilə də imzalanıb.

Diniyev Vladislav Qədirovun istefasından sonra boş qalan baş məşqçi postuna yiyələnib. Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının 9 turundan sonra 9-cu olan klubu bu vəziyyətdən çıxarmalıdır.

Klubla müqavilə imzaladıqdan sonra Diniyev apasport.az saytına açıqlamasında yaxın günlərdə mətbuat konfransında danışacağını bildirib: “Hazırda heç bir açıqlama vermək istəmirəm. Xahiş edirəm ki, məni düzgün başa düşəsiniz. Təyinatımla bağlı mətbuat konfransı keçiriləcək. Orada suallarınızı cavablandıracağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR