Macarıstan səfiri: “Bu axşam Budapeştdən Bakıya birbaşa aviareyslə ilk sərnişinlər gələcək”

Macarıstan səfiri: “Bu axşam Budapeştdən Bakıya birbaşa aviareyslə ilk sərnişinlər gələcək”
# 17 iyun 2013 11:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Bakı-Budapeşt aviareysinin açılması ilə əlaqədar keçirilən mətbuat konfransında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib. O bildirib ki, bu reysin açılması tarixi bir addımdır: “Macarıstanın baş naziri və prezidenti Azərbaycana səfərlər ediblər. Bu il isə Azərbaycan prezidentinin Macarıstana səfəri gözlənilir. Bizim əlaqələrimiz çox yüksək səviyyədədir".


“Wzz Air” aviaşirkətinin icraçı direktoru Yojef Varadi isə əvvəlcə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Bakı hazırda şirkətin ən uzaq Şərq uçuş nöqtəsidir. Onun sözlərinə görə, bu uçuşlar ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək: "Azərbaycan-Macarıstan əlaqələri son iki ildə dinamik inkişaf edib və biz bu əlaqələrin inkişafına öz töhfəmizi verməkdən məmnunuq. Bizim təyyarələrimiz dünyanın 33 ölkəsinə uçuşlar yerinə yetirir. Macarıstana gələn azərbaycanlılar tək Budapeşti yox, digər Avropa ölkələrini də kəşf edə bilərlər".

Y. Varadi əlavə edib ki, bu il şirkət Bakı-Budapeşt aviareysi ilə ildə 30 min nəfəri daşımağı planlaşdırır.

Qeyd edək ki, Budapeşt-Bakı aviareysi həftənin bazar ertəsi və cümə günü, Bakı-Budapeşt reysi isə çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Uçuşlar yeni “Airbus A320” təyyarələri ilə gerçəkləşdiriləcək. Bir istiqamətə biletin qiyməti 39 avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR