Azarov: Ukraynaya Avropa Birliyindən “normal şərtlər” əsasında 20 milyard avro kredit gərəkdir

Azarov: Ukraynaya Avropa Birliyindən “normal şərtlər” əsasında 20 milyard avro kredit gərəkdir
# 12 dekabr 2013 21:26 (UTC +04:00)

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov ölkənin aqrar sektorunun nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

N.Azarov qeyd edib, razılaşma layihəsinin şərtlərinə əsasən, Ukrayna şəkərinin ixracına məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. “Macarıstanda bu yerli şəkər zavodlarının müflisləşməsi ilə nəticələndi. Siz istəyirsiniz ki, biz də bunu edək? Biz bunu etməyəcəyik” – deyə N.Azarov bildirib.

Onun sözlərinə görə, söhbət razılaşma müddəalarının dəyişdirilməsindən deyil, sadəcə onun tətbiq olunma mexanizmindən, yəni keçid müddəalarından gedir. N.Azarov etiraf edib ki, Avropa Birliyi ilə danışıqlar aparılarkən Ukrayna hökuməti risklərdən xəbərdar idi, lakin o zaman Ukrayna iqtisadiyyatı yüksəliş dövrünü yaşayırdı.

Baş nazirin hesablamalarına görə, hazırkı vəziyyətdə “Ukraynaya normal şərtlərlə veriləcək 20 milyard avro gərəkdir”. “Aqrar sektorunu dövlət dəstəyindən məhrum etməkdən söhbət belə gedə bilməz, çünki Avropa dövlətlərində, xüsusən də, qonşu Polşada tətbiq edilən dotasiyalar Ukrayna ilə müqayisədə xeyli yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR