İran XİN rəhbəri ilə Avropa Birliyinin ali nümayəndəsi sentyabrın 21-də görüşəcək

İran XİN rəhbəri ilə Avropa Birliyinin ali nümayəndəsi sentyabrın 21-də görüşəcək
# 08 sentyabr 2013 01:47 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçiriləcək görüşün tarixi açıqlanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, tərəflər arasında ilk görüş sentyabrın 21-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 66-cı sessiyasından öncə baş tutacaq.

Qeyd edək ki, sentyabrın 6-da K.Eşton və M.Zərif arasında baş tutmuş telefon danışığı zamanı BMT Baş Assambleyasının sessiyası çərçivəsində ikitərəfli görüşün keçirilməsi ilə bağlı razılaşma əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR