Azərbaycanın «ASK Biznes Konsaltinq» və İtaliyanın «MADE S.p.A.» şirkətləri əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycanın «ASK Biznes Konsaltinq» və İtaliyanın «MADE S.p.A.» şirkətləri əməkdaşlıq müqaviləsi imzalayıb
# 15 noyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «ASK Biznes Konsaltinq» MMC və İtaliyanın «MADE S.p.A.» şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasından «APA-Economics»ə verilən məlumata görə, əməkdaşlıq müqaviləsini MMC-nin direktoru Faiq Səmədov və İtaliya şirkətinin prezidenti Cuzeppe Massaskuza (Guiseppe Massascusa) imzalayıblar.

Konfederasiyada keçirilən görüşdə ASK-nın prezidenti Məmməd Musayev, aparat işçiləri və bir qrup italiyalı sahibkar iştirak edib.

ASK prezidenti M.Musayev hər iki tərəfin əməkdaşlıq imkanlarını müzakirə edərək, onlara uğurlar arzulayıb və bildirib ki, bu anlaşma memorandumu tərəflərin gələcək hədəflərini müəyyənləşdirəcək, memorandumdan irəli gələn vəzifələr uğurlu layihələrə zəmin yaradacaq.

«MADE S.p.A.» şirkətinin prezidenti C.Massaskuza isə rəhbərlik etdiyi müəssisə haqqında məlumat verərək bildirib ki, şirkət tikinti sahəsində hər cür iş görmək imkanına malikdir. Şirkət tarixi abidə hesab olunan binaların saxlanılması, müasir memarlıq, yüksək zövqlü bədii tərtibat üslubunda fəaliyyət göstərir. Onlar müasir İtalyan dekorasiyası və əşyalarından istifadə etməklə Azərbaycan ictimaiyyətinə xidmət göstərməkdə maraqlıdır.

C. Massaskuza «ASK Biznes Konsaltinq» ilə əməkdaşlığın uğurlu olacağına ümid etdiklərini, imzalanan anlaşma memorandumunun hər iki tərəfə mənfəət verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR