Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib
# 14 noyabr 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 822 bəndədək, S&P 500 0,8% - 1 782 bəndədək, Nasdaq 1,2% - 3 966 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət korporativ hesabatlar təsir edib. O cümlədən, ölkənin ən iri pərakəndə ticarət şəbəkəsi olan «Macy's» və «Bath&Beyond», «J.C.Penney» və «Nordstrom» şirkətlərinin hesabatları bazar iştirakçıları tərəfindən çox müsbət qarşılanıb.

Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 1,2% - 6 649 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 048 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 245 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 284,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3467 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR