Şəki və Balakən rayonlarında yanğın baş verib

Şəki və Balakən rayonlarında yanğın baş verib
# 22 mart 2014 13:01 (UTC +04:00)

Şəki, Balakən. Vüqar Heydərov - APA. Şəki və Balakən rayonlarında yanğın hadisəsi qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Xidmətlərindən məlumat verilib.

Şəki rayon DYMX-dən verilən məlumata görə, yanğın rayonun Qayabaşı kəndində İlham Hüseyn oğlu Bağırova məxsus ümumi sahəsi 90 kv. m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Balakən rayon DYMX-dən bildirilib ki, rayonun İtitala kəndində Həmid Kazım oğlu Balacayevin yaşadığı evin həyətyanı sahəsində ümumi sahəsi 120 kv. m olan tövlədə yanğın baş verib. Hadisə yerinə FHN-in Balakən rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyası və çardağına yığılmış 2 ton ot bağlaması yanıb. Tövləyə bitişik tikili və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki yanğın hadisəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Şəki və Balakən rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR