Əvəz Temirxan: “Liberal Partiyanın Milli Şuraya qayıtmaq məsələsi hələlik müzakirə olunmayıb”

Əvəz Temirxan: “Liberal Partiyanın Milli Şuraya qayıtmaq məsələsi hələlik müzakirə olunmayıb”
# 13 yanvar 2014 08:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müxalifətin birliyinin tərəfdarıyıq, ancaq hələlik Liberal Partiyanın Milli Şuraya qayıtmaq məsələsi müzakirə olunmayıb”.

Bunu APA-ya açıqlamasında Liberal Partiyanın sədri Əvəz Temirxan söyləyib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin Liberal Partiyanın Milli Şuraya qayıtması üçün bu partiyanın lideri Lalə Şövkətlə danışıqlara başladığı barədə xəbərlər yayılıb. Milli Şuranın sədri Cəmil Həsənlinin də bu istiqamətdə danışıqlara başlamağa hazırlaşdığı bildirilir.

Hələlik bu istiqamətdə müzakirə aparılmadığı üçün Ə. Temirxan Liberal Partiyanın Milli Şuraya qayıtma ehtimalını dəyərləndirmək istəməyib.

C. Həsənli APA-ya açıqlamasında deyib ki, bu həftə Milli Şuranın sessiyası keçiriləcək, qurumla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək. O, hələlik Liberal Partiyanın Milli Şuraya qayıtmaq barədə müraciətinin olmadığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR