Təhsil Nazirliyi 18 yaşına çatmayan vətəndaşlara müraciət edib

Təhsil Nazirliyi 18 yaşına çatmayan vətəndaşlara müraciət edib
# 01 avqust 2013 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi xarici ölkələrdə orta və ali təhsil alan və ya təhsil almaq üçün gedən yetkinlik yaşına (18 yaşına) çatmayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, 18 yaşına çatmayan vətəndaşlar ümumvətəndaş pasportu almaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanacaq arayışın hazırlanması üçün lazımi sənədləri Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təqdim olunacaq sənədlərə ərizə forması, ata və ananın notarial qaydada təsdiq olunmuş razılıq məktubu, xaricdə təhsil almasını sübut edən dəvət məktubu (notarial qaydada təsdiq və tərcüməsi ilə) və şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin sürəti daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR