Əmrah Bakıya gəlib

Əmrah Bakıya gəlib
# 22 mart 2013 19:42 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Türkiyənin tanınmış müğənnisi Əmrah martın 22-də Bakıya gəlib.


APA-nın məlumatına görə, səfərin məqsədi rejissoru olduğu “Gəlməyən bahar” filminin Bakıda keçiriləcək premyerasına qatılmaqdır.

Əmrah Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə verdiyi açıqlamada Türkiyədə filmin çox bəyənildiyini, azərbaycanlı tamaşaçıların film haqqında düşüncələrinin də onun üçün çox önəmli olduğunu deyib.


Qeyd edək ki, filmin təqdimat mərasimi martın 23-də “Nizami” Kino Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR