“Ermənistanın xarici siyasəti” adlı kitabın təqdimatı keçirilib - FOTOSESSİYA - VİDEO

“Ermənistanın xarici siyasəti” adlı kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 10:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün siyasi elmlər doktoru Hatəm Cabbarlının “Ermənistanın xarici siyasəti (1991-2012)” adlı monoqrafiyanın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Hatəm Cabbarlı bildirib ki, kitabda Ermənistanın xarici siyasətinin istiqamətləri, əsas prinsipləri, digər dövlətlərlə münasibətləri əksini tapıb.

Müəllif qeyd edib ki, kitab 9 fəsildən ibarətdir: “Burada Ermənistanın Azərbaycan, İran, Türkiyə siyasəti, eləcə də Rusiya, ABŞ və Avropa dövlətləri ilə siyasəti dəyərləndirilib. Kitabda əsasən Ermənistanın xarici siyasət kursunda aqressivlik və işğalçılıq siyasəti tədqiq edilib. Xüsusilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ problemi və bu problemin tarixi keçmişinə yer verilib. İndiyədək Azərbaycanda Ermənistanın xarici siyasəti haqqında ciddi bir monoqrafiya və ya məqalə yazılmayıb. Bu baxımdan belə bir monoqrafiyanın yazılması bir ilkdir və xüsusilə də kitabın aidiyyəti orqanlar üçün ciddi bir mənbə təşkil edəcəyi qənaətindəyəm”.

Müəllif kitabın gələcəkdə müxtəlif dillərə tərcümə olunacağını da istisna etməyib.

Millət vəkili Musa Qasımlı çıxışında kitabın gənc tədqiqatçılar üçün bir örnək olacağını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətini hissiyyatlar deyil, strateji maraqlar təşkil edir: “O strateji maraqlar isə ancaq uydurma "Böyük Ermənistan" yaradılması məqsədini daşıyır. Açıq demək lazımdır ki, Ermənistan xarici siyasətinin formalaşmasında ən mühüm yeri erməni kilsəsi tutur. Bu danılmaz faktdır. Kitabda ABŞ, Gürcüstan, Rusiya və digər dövlətlərin siyasəti əksini tapıb. Hesab edirəm ki, bu monoqrafiya böyük elmi və siyasi əhəmiyyət daşıyır”.

Millət vəkili Fazil Mustafa isə deyib ki, tarixi ənənələrdən uzaqlaşaraq, düşməni bugünkü kontekstdə öyrənmək lazımdır: “Yəni biz hərbi müstəvidə ermənilərə məğlub olmuş bir millətik və bu məğlubiyyətdən dərs çıxarıb, qalib gəlməyin yollarını düşünməliyik. Kitabda Ermənistanın xarici siyasəti barədə zəngin faktlara yer verilib. Bu baxımdan kitab çox dəyərli bir vəsaitdir”.

Qeyd edək ki, kitab Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən nəşr olunmuşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR