Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzində olublar

Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzində olublar
# 14 dekabr 2014 10:46 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Atçılıq Federasiyasının (FEI) Baş Assambleyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

APA-nın xəbərinə görə, qonaqlar Heydər Əliyev Muzeyində, "Auditorium"da olublar, eləcə də “Azərbaycanın inciləri”, “Mini-Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz”, “Azərbaycan mətbəxinin fotoşəkilləri” sərgi zalları ilə tanış olublar.

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilir. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edib. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində rekord göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR