Səməd Seyidov və Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Səməd Seyidov və Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
# 13 mart 2015 13:04 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında iştirak etmək üçün martın 15-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcəklər.

APA-nın MM-in saytına istinadən verdiyi məlumata görə, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında Belarusda vəziyyət, Suriyadakı savaşda əcnəbi döyüşçülərin iştirakı, Ukraynadakı böhranın siyasi nəticələri kimi aktual mövzular gündəmdə olacaq. Təşkilati məsələlərə baxılacaq.


Qurumun Monitorinq komitəsində isə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. Həmçinin komitədə Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr keçiriləcək.
Səfər martın 18-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR