Tayvanda əyləncə parkında baş vermiş partlayış nəticəsində 230 nəfər xəsarət alıb

Tayvanda əyləncə parkında baş vermiş partlayış nəticəsində 230 nəfər xəsarət alıb
# 28 iyun 2015 00:54 (UTC +04:00)

Bakı-APA. Tayvanda əyləncə parklarının birində baş vermiş partlayış nəticəsində 230 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın və ardınca baş vermiş güclü partlayış Sinbey şəhərinin əyləncə parkında qeydə alınıb. Xəsarət alanlardan 160 nəfəri xəstəxanalara yerləşdirilib, onlardan 75 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR