Dövlətə xəyanətdə ittiham olunan QMİ-nin sabiq sektor müdiri məhkəmədə ifadə verib

Dövlətə xəyanətdə ittiham olunan QMİ-nin sabiq sektor müdiri məhkəmədə ifadə verib
# 26 iyul 2016 16:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə E. Mustafaoğlu ifadə verərək, özünü təqsirli bilməyib.

Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR