Avropa İttifaqı : Cənub Qaz Dəhlizinin nəzərdə tutulan qrafikə uyğun həyata keçirilməsi çox vacibdir

Avropa İttifaqı : Cənub Qaz Dəhlizinin nəzərdə tutulan qrafikə uyğun həyata keçirilməsi çox vacibdir
# 09 aprel 2015 09:27 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard deyib.

M. Mardın sözlərinə görə, Azərbaycanla Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlıq etmək üçün kifayət qədər imkanlara malik ölkələrdir: “Hazırda Azərbaycan, Türkmənistan və Avropa Komissiyası arasında üçtərəfli danışıqlar gedir. Bununla da biz Cənub Qaz Dəhlizi və Transxəzər Boru Kəmərinin bizim üçün faydalarını müəyyənləşdiririk. Bu, nəinki Azərbaycan, həm də Türkmənistan da daxil olmaqla region üçün vacibdir”.

Diplomat Azərbaycan və Avropa İttifaqı arasında turizm, orta və kiçik sahibkarlığın inkişafı üçün imkanların olduğunu qeyd edib. “Biz enerji effektivliyindən faydalanacağımıza əmin olmaq üçün Azərbaycan kimi tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəyimizə ümid edirik. Bu, həm iqtisadi, həm də ətraf mühit baxımından çox faydalıdır. Bundan başqa, biz Azərbaycanla enerji effektivliyi sahəsində konkret layihələrin müzakirəsini aparırıq”, - deyə M. Mard qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR