I Avropa Oyunlarının Rusiyada yayımçısı yarışların bu ölkədəki izlənmə reytinqini açıqlayıb

I Avropa Oyunlarının Rusiyada yayımçısı yarışların bu ölkədəki izlənmə reytinqini açıqlayıb
# 23 iyun 2015 12:35 (UTC +04:00)

APA-nın sportsdaily.ru saytına istinadən verdiyi məlumata görə, kampaniyanın idman kanalları üzrə baş redaktor müavini Dmitriy Anisimov I Avropa Oyunları çərçivəsində keçirilən yarışların gözlənildiyindən də böyük tamaşaçı auditoriyası topladığını deyib: “İlk dəfə keçirilən Avropa Oyunlarının reytinqi yüksəkdir. Əvvəlcə, Oyunların təşkilinə nəzər yetirmək istədik. Hər şey yüksək səviyyədə olduğundan yayımımızın əhatə dairəsini genişləndirmək qərarına gəldik. Xüsusilə də, bədii gimnastika və sinxron üzgüçülük yarışları tamaşaçılarımız tərəfindən daha çox baxılır”.

“Bakının ev sahibliyindən razısınızmı?” sualını isə kanal rəsmisi belə cavablandırıb: “Bakıda bütün Avropadan olan peşəkarlar çalışır. Hər şey yüksək səviyyədədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR