Türkiyədə Təhlükəsizlik İdarəsinin binası atəşə tutulub

Türkiyədə Təhlükəsizlik İdarəsinin binası atəşə tutulub
# 23 iyun 2016 04:03 (UTC +04:00)

Bakı-APA. İzmirin Bayandır rayonu qumbaraatanlardan atəşə tutulub.

APA-nın “Milliyet”-ə istinadən məlumatına görə, mərmilərdən biri Dövlət Xəstəxanası və Təhlükəsizlik İdarəsinin binası arasındakı əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır. İlkin ehtimala əsasən, terrorçuların hədəfində Təhlükəsizlik İdarəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR