Şoyqu: Rusiya Qərb ilə dialoqa hazır və açıqdır

Şoyqu: Rusiya Qərb ilə dialoqa hazır və açıqdır
# 14 avqust 2016 16:05 (UTC +04:00)

Bakı-APA. “Qərb isteriyaya düşməyi, öz əhalisini qorxutmağı dayandırmalı və başa düşməlidir ki, Rusiya dialoqa açıq və hazırdır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

S. Şoyqu deyib ki, artıq balans yaranıb: “Biz deyirik ki, uşaqlar, əgər bu günkü situasiyadan istifadə edib büdcənizi doldurmaq, müdafiə sənayesinin əlavə gəlir götürməsini istəyirsinizsə, bu, sizin öz məsələnizdir. Ancaq artıq öz əhalinizi qorxutmağı dayandırın. Biz istərdik ki, hansısa mərhələdə bizim həmkarlar dayansınlar və başa düşsünlər ki, biz dialoqa hazır və açığıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR