Armen Qriqoryan: Rusiya ilə hərbi əməkdaşlıq sahəsində münasibətlər Moskvanın mövqeyindən asılıdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

© APA | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

# 26 iyun 2024 11:44 (UTC +04:00)

Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10% azaldığını bildirib. Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu, Rusiyanın qərarı ilə baş verib: "Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər", - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR