"Vişeqrad qrupu" “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib - YENİLƏNİB

"Vişeqrad qrupu" “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib - <span style="color: red;">YENİLƏNİB
# 15 may 2015 14:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "“Vişeqrad qrupu"na daxil olan dövlətlər “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir”.

APA-nın Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, bu barədə Vişeqrad ölkələri və Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Bratislava görüşünün yekununda qəbul olunan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Ukraynada baş verən son hadisələr suverenlik və ərazi bütövlüyü ilə bağlı fundamental prinsiplərin Avropada tam təmin olunmadığını göstərir.

Görüşdə Latviya, Rumıniya, İsveçin xarici işlər nazirləri, Avropa Komissiyasının sədr müavini, Avropa qonşuluq və genişləndirmə siyasəti üzrə komissarı və Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizik siyasəti üzrə ali nümayəndə iştirak edib.

Görüş “Şərq Tərəfdaşlığı” ölkələri ilə bugünkü və gələcəkdə ola biləcək əməkdaşlığın qiymətləndiriməsinə həsr olunub. İştirakçılar “Şərq Tərəfdaşlığı” ölkələrində baş verən son hadisələri, qarşıdan gələn Riqa sammitinə hazırlığı və regiondakı problemlər fonunda qarşıda duran məsələləri müzakirə ediblər. "Vişeqrad dördlüyü" xarici işlər nazirləri qarşılıqlı dəyərlərə, maraqlara və öhdəliklərə əsasən, “Şərq Tərəfdaşlığı” ölkələrinə dəstək ifadə ediblər.

Onlar Şərq tərəfdaşlarının Aİ ilə münasibətdə öz ambisiyaların seçmək kimi suveren hüquqlarını tanıdıqlarını və ikitərəfli əlaqələri fərdi şəkildə formalaşdırmağa hazır olduqlarını bildiriblər. İştirakçılar qeyd ediblər ki, demokratiyanın güclənməsi, bazar iqtisadiyyatının fəaliyyəti ilə bağlı imkanlar, makroiqtisadi stabilliyin inkişafı, biznes və investisiya mühiti, mobilik və insanlar arasında əlaqə əməkdaşlıq üçün yeni sferalar və perspektivlər açır. "Vişeqrad dördlüyü" nazirləri bildirib ki, Şərq tərəfdaşları ilə əməkdaşlıq qeyd olunan dəyərlər və demokratiya prinsipləri əsasında aparılır, inkişafa, regionda stabilliyə xidmət edir və heç kəsə qarşı yönəlməyib.

Vişeqrad ölkələri nazirləri “Şərq Tərəfdaşlığı” proqramının daxili xarakterinin saxlanılmasının və Aİ ilə münasibətlərdə öz yollarını seçmək qərarına gələn Ermənistan, Azərbaycan və Belarusla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar bu ölkələrin Aİ ilə ikitərəfli əlaqələrin inkişaf yollarını müəyyən edən Vinus sammitindən sonra həyata keçirdikləri fəaliyyətdən razılıqlarını bildiriblər.

"Vişeqrad qrupu" ölkələri nazirləri öz ölkələrinin siyasi və iqtisadi transformasiya, o cümlədən Aİ-na inteqrasiya ilə bağlı təcrübələrini “Şərq Tərəfdaşlığı” ölkələri ilə bölüşməyə hazır olduqlarını bir daha təkrarlayıblar.

***

saat 16.21

Bakı. Məlahət Nəcəfova - APA. "Vişeqrad qrupu"na daxil olan dövlətlər “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər.

APA-nın məlumatına görə, bu barədə bu gün Bratislava şəhərində keçiriləcən "Vişeqrad qrupu" və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin iclasının yekun bəyanatında deyilir.

Xatırladaq ki, bu toplantıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR