Bu gün beş rayonda qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün beş rayonda qaz təchizatı məhdudlaşdırılacaq
# 07 oktyabr 2015 06:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219 mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar oktyabrın 7-də saat 10:00-dan işlər yekunlaşanadək, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR