® Deputatlığa namizəd İqbal Ağazadənin Seçki Qərargahı təbliğat kampaniyasını davam etdirir

<font color=red>® </font>Deputatlığa namizəd İqbal Ağazadənin Seçki Qərargahı təbliğat kampaniyasını davam etdirir
# 03 iyun 2016 15:09 (UTC +04:00)

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Seçki Qərargahı bu gün Ağdaşın Kotavan kəndində qapı-qapı təbliğat kampaniyasını davam etdirib.

Seçki Qərargahının məlumatında deyilir ki, sakinlərlə görüşən qərargah üzvləri seçicilərə materiallar paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Sakinlər Kotavan kəndində və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb.

Məlumatda qeyd olunub ki, bu günə qədər aparılan təbliğat öz effektini verməkdədir. İqbal Ağazadəyə gün ərzində yüzlərlə seçici tərəfindən zənglər edilir, seçicilər ona öz dəstəklərini ifadə edirlər. Onlar artıq öz namizədlərini müəyyənləşdirdiklərini bildirərək İqbal Ağazadəyə səs verəcəklərini bəyan edirlər.

İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR