Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”

Əli Əsgər Sultaniyə: “İranla AEBA  arasında müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”
# 26 mart 2013 16:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında aparılan müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

O bildirib ki, ölkəsində uranın 20 faiz zənginləşdirilməsi prosesi uğurla davam edir: “ İranda uranın zənginləşdirilməsi sülh məqsədləri, o cümlədən Tehran tədqiqat reaktorunun yanacağı, xəstəxanalarda radio izotopları üçün nəzərdə tutulub. AEBA-nın baş direktoru İranla bağlı fevral hesabatında bildirib ki, Tehranla müzakirələr təxirə salınmadan davam etdiriləcək. Bu hesabatdan da görünür ki, İranın nüvə proqramında hərbi məqsədlərə doğru yayınma halı olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR