Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub
# 09 oktyabr 2014 09:37 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.

General-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb. İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR