Azərbaycan gələn ilin fevralında Abu Dabidə keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

Azərbaycan gələn ilin fevralında Abu Dabidə keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək
# 25 oktyabr 2014 10:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gələn ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçiriləcək İDEX-2015 beynəlxalq müdafiə sənayesi sərgisinə qatılacaq.

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Fevral ayının 22-dən 26-dək davam edəcək Yaxın Şərq regionunun ən böyük müdafiə sərgisi BƏƏ-nin dövlət başçısı Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın hamiliyi altında keçirilir. Dünya müdafiə sənayesinin tanınmış şirkətlərinin də yer alacağı sərgidə ziyarətçi qismində də Azərbaycandan yüksək rütbəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildə İDEX sərgisinə qatılıb. İDEX sərgisi ilə bir yerdə NAVDEX-2015 dəniz sistemləri sərgisi və UMEX-2015 insansız sistemlər sərgisi və konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR